Milli Məclis “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, 2004-cü ildən indiyədək Azərbaycan İnsan Hüquqları Müvəkkili parlamentə 25 təklif verib.
Onun sözlərinə görə, bunlar qanunlara əlavələr və dəyişikliklərdir.
Deputat Tahir Kərimli isə Ombudsmana əlavə səlahiyyətlərin verilməsini təklif edib: “Qanunvericiliyə hansısa formada dəyişiklik edilməlidir ki, Ombudsmanın təkliflərinə məcburi şəkildə baxılsın. Müvəkkilə belə bir hüquq verilməlidir. Qanunvericilik təşəbbüsü olan orqan Ombudsmanın təkliflərini məcburi şəkildə müzakirəyə təqdim edilməlidir, bilinsin ki, rədd olunmayacaq”.
Spiker Oqtay Əsədov komitənin təkliflərə baxmasını tövsiyə edib.