9 Avqust 2019 15:51
367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 99 yaşlı qadına ilk dəfə şəxsiyyət vəsiqəsi verilib.

Bununla bağlı müraciət Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə “ASAN xidmət” mərkəzində qeydə alınıb.

Belə ki, rayonun Qaraqoyunlu kənd sakini, 1920-ci il təvəllüdlü Tuyğun İmran qızı Mustafayeva ilk dəfə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edib.

Həmin vətəndaşın şəxsiyyət vəsiqəsi avqustun 9-da Bərdə “ASAN xidmət” mərkəzinin əməkdaşları tərəfindən ona təqdim olunub./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər