12 Sentyabr 2019 11:29
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçirilir.

Teleqraf.com xəbər verir ki, tədbirdə Avropa, Asiya və Afrika qitəsini təmsil edən çoxlu sayda media nümayəndələri iştirak edir.

Toplantıda çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycanda media sahəsində uğurlar əldə olunub, 1998-ci ildə senzura ləğv edilib, qanunvericilik bazası təkmilləşdirilib: "Daha sonra Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Ölkədə daha heç bir qurum mediaya nəzarət etmir, media tam müstəqildir".

Əflatun Amaşov qeyd edib ki, Azərbaycanda internet media da fəaliyyətini uğurla davam etdirir: "Azərbaycanda 3 milyona yaxın insan sosial şəbəkədən istifadə edir. Ölkəmizdə etnik qruplar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Media da bu istiqamətdə dövlət siyasətini dəstəkləyir".

Şura sədri bildirib ki, Bakıda olan bir sıra ölkələrin Mətbuat Şuralarının nümayındələrinin Dağlıq Qarabağa səfərini təşkil edə bilərik. O qeyd edib ki, Azərbaycan işğal edilən ərazilərinin bir qismini azad edib:

“Hamı bilir ki, Dağlıq Qarabağ Azərbaycanın əbədi ərazisidir. Şübhə yoxdur ki, işğal altında olan digər ərazilərimiz də işğaldan azad ediləcək. Yaxşı haldır ki, tədbir iştirakçıları Dağlıq Qarabağın Azərbaycan ərazisi olması barədə məlumatlıdır”.


Müəllif: Cavad