Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu gün Astara Pedaqoji Kollecində “Xəzərimizi qoruyaq” mövzusunda tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, 50-dən çox tələbənin iştirakı ilə baş tutan tədbirdə Nazirliyin mütəxəssisləri Xəzərin biomüxtəliufliyinin qorunması, ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər, qarşıda duran vəzifələr, dövlətin bu sahədə həyata keçirdiyi uğurlu siyasət barədə tələbələrə məlumat veriblər və ekoloji problemlərin həllində gənclərin fəal rolundan danışıblar.
Mütəxəssislər gənclərin perspektiv inkişaf potensialının formalaşdırılmasında mühüm rol oynadığı üçün bu sahədə onların verə biləcəkləri töhfələri diqqətlə dinləyib və onları maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, bu kimi tədbirlər “Xəzər həftəsinin”davam etdiyi müddətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən respublikanın Xəzərsahili şəhər və rayonlarının orta və ali təhsil müəssisələrində də keçirilir.
İlhamə