Hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma 5 müraciət daxil olub.
Bu barədə Teleqraf.com-a “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”ndən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, onlarda diz qapağının, sağ baldırın və sağ topuğun əzilməsi, diz oynağının çıxığı, digərində sol qolun əzilməsi müşahidə olunub:
"Müraciət edən şəxslər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya edilib".