26 Sentyabr 2014 11:56
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının təqdimatı məqsədilə, gənclər və idman naziri Azad Rəhimovun bu gündən başlayaraq Yunanıstanın Afina şəhərinə rəsmi səfəri başlayır. Bu barədə Teleqraf.com-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbir zamanı Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı görülmüş işlər barədə yunan ictimaiyyətinə ətraflı məlumat veriləcək, o cümlədən idmanın inkişafı sahəsində ölkəmizin fəaliyyətinə, uğurlarına və Birinci Avropa Oyunlarına həsr olunmuş konsert proqramı təşkil ediləcək. Eyni zamanda, təbliğat və məlumat xarakterli materiallar paylanacaq.

Səfər sentyabrın 28-dək davam edəcək.


Müəllif:

Oxşar xəbərlər