27 Mart 2020 23:29
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşı 65-dən yuxarı tənha şəxslər bu gün ehtiyac duyduqları sosial məişət xidmətləri ilə elə evlərindəcə təmin olunurlar.

Teleqraf.com xəbər verir ki, onlar bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət işçilərinin, könüllülərin dəstəyindən faydalana bilirlər.

Onlara istəkləri öyrənilməklə, ev işlərində, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. zəruri köməkliklər göstərilir.

Hazırda tənha yaşayan 10 mindən çox yaşlı insanımız bu dəstəklə əhatə olunub. Bu mövzuda Nazirliyin hazırladığı “Böyüklərimizə qayğı ilə!” adlı video-çarxı təqdim edirik:


Müəllif: Teleqraf.com