Güney Azərbaycanda daha bir soydaşımızın kürd terrorçuları tərəfindən şəhid edildiyi barədə yayılan xəbər rəsmən təsdiqlənib.
“PEJAK” terror qruplaşması ilə atışmada şəhid olan hərbçi soydaşımız 1 sentyabrda Urmiyə şəhərində dəfn olunub.
Məlumata görə, polkovnik-leytenant Mustafa Məhəmmədnejadın dəfn mərasimi yerli vaxtla saat 10 radələrində keçirilib. Mərhum Xoy şəhərinin Qotur bölgəsində kürd terrorçularının gülləsinə tuş gəlib.
Qeyd edək ki, hadisə ilə bağlı İran mediasında xəbər getsə də, onun hansı səbəbdən və kimlər tərəfindən şəhid edilməsi ilə bağlı məlumat yayılmayıb.
Güney Azərbaycanın qərb bölgəsi uzun illərdir kürd terrorçularının yığıncağına çevrilib. Buna səbəb onların Qərbi Azərbaycan Vilayətinə (ostan) göz tikməsi və bu bölgəni kürdləşdirmək istəmələridir.