24 May 2020 21:20
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

12 yaşlı Ləman Cəfərova Mahir qızı qan xərçəngindən əziyyət çəkir. Ona B hüceyrəli limfoblast leykoz diaqnozu qoyulub. Həkimlər Ləmanın sağalmaq şansı olduğunu bildiriblər, amma ailəsi böyük maliyyə sıxıntısı çəkir.

Ləmanın atası Mahir Cəfərov hazırda dünyada yaranan vəziyyətın onların da ailəsini böyük problemlə üz-üzə qoyduğunu deyib: "Pulumuz demək olar ki, yoxdur, amma müalicəni davam etdirmək vacibdir. Pul heç Almaniyadan gətirilən və Ləmanın mütəmadi olaraq qəbul etməli olduğu dərmana belə çatmır".

Uşaq hazırda ailəsi ilə birlikdə Belarusdadır və müalicəsini Minskdə Uşaq Onkologiyası, Hematologiya və İmmunologiya üzrə Respublika Elmi-Praktik Mərkəzində davam etdirir.

"Bizim yardım barədə çağırışlarımıza cavab verən xeyirxah insanlar sayəsində qızımın vəziyyəti yaxşılaşmağa doğru gedir. Biz ötən ilin iyul ayından burdayıq. Hazırda bütün dünyada karantin rejimi ilə bağlı durğunluq yaşanır. Bizim kirayə, dərman pulunu ödəməyə imkanımız yoxdur. Bütün dərmanlar çox bahalıdır, biz onları Almaniyadan sifariş edirik.

Ləmanın səhhətində irəliləyiş müşahidə olunur, amma müəlicənin davamı üçün azı 1 il vaxt lazımdır. Müalicənin birinci mərhələsini əhatə edən stansionar müalicə, kimyaterapiya və dərman preparatları bizə 25 min dollara başa gəldi. Müalicənin ikinci mərhələsi üçün də təxminən bu qədər vəsait tələb olunur.

Bizim daha 2 körpə övladımız var. Əvvəllər, yaxınlarımız bizə maddi kömək göstərsələr də hazırda pandemiya ilə əlaqədar onların da çoxu işsiz qalıb. Bizim hər cür köməyə ehtiyacımız var, biz artıq nə edəcəyimizi bilmirik. Axı qızımın həyatı təhlükdədir..." - deyə Mahir Cəfərov bildirib.

+375298157754 (Atasının əlaqə telefonu)

+994503680511 WhatsApp

MilliÖn✓ Bank Xidmətləri✓ Kapital Bank✓ Kart hesabının artırılması✓

USD 4169 7579 2018 2064

AZN 4169 7579 1290 6967

EUR 4169 7579 1231 6472

XALİLOVA GULARA HUSEYNAGA


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər