Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 31-nə olan statistik göstəriciləri açıqlayıb.
Teleqraf.com xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4384 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 298 648 test aparılıb. İndiyədək 63 nəfər Covid-19-dan dünyasını dəyişib, 3428 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2003 nəfərdir. 85 nəfər reanimasiyada, 16 nəfər süni tənəffüs cihazındadır.
Xatırladaq ki, bu gün Azərbaycanda 248 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 101 pasiyent sağalıb.