12 İyun 2020 12:20
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev iyunun 12-də “Şabran rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (4 km)–Şahnəzərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, Sərəncama əsasən, Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (4 km)–Şahnəzərli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 900 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər