11 Avqust 2020 13:09
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şənbə-bazar günləri çimərliklərə şəxsi avtomobilləri ilə gedənlərə sıxlığı aradan qaldırmaq üçün “cüt nömrə-tək nömrə” sisteminin tətbiqi məsələsinə hələ ki, Bakı Şəhər İcra Hakimiyyətində baxılmayıb. Fikrimcə, sıxlığın aradan qaldırılması üçün bu, çox gözəl təklifdir.

Bunu Axar.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin sözçüsü İsrafil Kərimov deyib. Meriya sözçüsü bildirib ki, növbəti müzakirədə bu təklif müzakirəyə çıxarılacaq:

“Dünyanın bir çox ölkəsində tətbiq edilən bu sistemin bizdə uğurlu olub-olmayacağı araşdırılmalıdır. Bu sistem Avropa ölkələrində daha effektivdir. Çünki Avropa ölkələrinin vətəndaşları qanunlara daha çox uymağı, riayət etməyi bacarırlar. Təəssüf ki, bizdə bu cür sistemləri ancaq polisin hesabına həyata keçirmək mümkündür”.

Qeyd edək ki, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı həftə sonları ictimai nəqliyyatın işləməməsi səbəbindən hamının çimərliklərə şəxsi avtomobillə getdiyini bildirərək, növbəti həftədə də ciddi sıxlıq müşahidə olunacağı təqdirdə bir çox meqapolisdə tətbiq edilən “cüt nömrə-tək nömrə” sistemindən bəhrələnməyi təklif edib. Məsələn, şənbə günü “cüt nömrəli”, bazar günü isə “tək nömrəli” avtomobillərin çimərliklərə getməsinə icazə verilə bilər:

“Beləliklə, həftəsonu insanların rahat və təhlükəsiz istirahəti üçün imkan yarada, nəticədə isə koronavirusla bağlı min bir əziyyətlə əldə edilən olduqca müsbət dinamikanı qoruyub saxlaya bilərik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər