"Qaz İxrac" İdarəsi sentyabrın 23-i səhər saat 09:00-dan etibarən “Alatava” Qaz Paylayıcı Stansiyasından qidalanan “Mikrorayon” və “Tbilisi prospekti” ölçü qovşaqlarında təmir işlərinin aparılması ilə əlaqədar qaz təchizatını dayandırmağı planlaşdırır. Bu zaman qaz xətti üzərində yerləşən diametri 250 mm olan siyirtmədə əmələ gəlmiş qaz sızmalarının ləğvi işləri icra ediləcək.
"Azəriqaz"dan Teleqraf.com-a verilən məlumata görə, təmir işləri görülən vaxtda Nəsimi rayonu, 1 və 2-ci Alatava qəsəbələrində, 20 Yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə küçələrində, Tbilisi prospektində, Yasamal rayonunda, Binəqədi rayonu, 6, 7, 8 və 9-cu mikrorayonlar, Rəsulzadə qəsəbəsi, Xutor yaşayış massivi, Vorovski yaşayış sahəsi, C.Xəndan küçəsinin qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.
Gün ərzində təmir işləri başa çatandan sonra qaz təminatının bərpası planlaşdırılır.