23 Noyabr 2020 16:36
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 95 281 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 64 475 nəfər müalicə olunaraq sağalıb, 1 160 nəfər vəfat edib, aktiv xəstə sayı 29 646 nəfərdir.

Ölkədə son sutka ərzində 9 784, hazırkı dövrədək isə 1 617 239 test aparılıb.


Müəllif: Teleqraf.com