Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün Şirvan şəhərində vətəndaşları qəbul edib.
Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda Şirvan şəhəri ilə ilə yanaşı, Hacıqabul, Sabirabad, Saatlı, Salyan, Neftçala rayonlarının sakinləri iştirak edib.
M.Qurbanlı qəbulda sakinlərin müxtəlif məzmunlu məsələlərlə bağlı müraciətlərini dinləyib. Müraciətlər əsasən dini mərasimlərin keçirilmə qaydaları, dini icmaların qeydiyyat məsələləri, məscidlərin təmiri, dini maarifləndirmə və digər mövzularda olub. Qəbul zamanı bəzi problemlər yerindəcə həll olunub, qaldırılan digər problemlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib.
Dövlət Komitəsinin sədri vətəndaşları narahat edən məsələlərin diqqət mərkəzində olduğunu və zamanla bu problemlərin öz həllini tapacağını bildirib, eləcə də öz tövsiyə və məsləhətlərini verib.
BƏXTİYAR