Tarixçi-alim Dilavər Əzimli vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Aqil Səmədbəyli sosial şəbəkədə yazıb.
“Çox kədərli xəbər oldu. Azərbaycan dəyərli oğlunu, gözəl bir vətəndaşını və bir qiymətli alimini itirdi. Dilavər Əzimli onu tanıyan hər kəsin qeyrətli dostu idi. Nur içində yat, əziz qardaşım. Bütöv Azərbaycan sevdalılarının başı sağ olsun”, - A.Səmədbəyli qeyd edib.
Xatırladaq ki, Dilavər Əzimli koronvirusa yoluxmuşdu.