Vətən müharibəsi zamanı ağır yaralanaraq komaya vəziyyətinə düşən əsgər Əli Vaqif oğlu İsmayılov şəhid olub.
Axar.az xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq onu komadan ayıltmaq mümkün olmayıb.
Qeyd edək ki, Əli İsmayılov Goranboy rayon Qaradağlı kənd sakinidir. O, bu gün dəfn olunacaq.
Allah rəhmət eləsin!