27 Mart 2021 15:50
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobildən küçəyə zibil atan sürücülər kameralarla aşkar ediləcək və 40 manat məbləğində cərimə olunacaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı ''Xəzər Xəbər"ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyib.

Onun sözlərinə görə, xüsusi texniki vasitələrlə, eləcə də yol polisinin müşahidələrinə əsasən bir sıra sürücülər idarə etdikləri avtomobillərdən ətrafa müxtəlif növ tullantılar atırlar. Belə hallar paytaxtın ümumi görüntüsünə təsir etməklə yanaşı, ekologiyanın çirklənməsinə, xüsusən pandemiya dövründə müxtəlif növ infeksiyaların yayılmasına səbəb olur.

Araz Əsgərli deyib ki, belə hallar həm ərazidə xidmət aparan yol polisləri, həm də təhlükəsiz şəhər kameraları ilə nəzarətətdə saxlanılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər