5 May 2014 15:10
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondu (DSMF) 1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasını təmin edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında DSMF sədri Elman Mehdiyev məlumat verib.

Elman Mehdiyev deyib ki, ölkə başçısının 30 aprel 2014-cü il tarixli “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” sərəncamı hazırki vəziyyətə 22 879 nəfərə şamil olunub ki, bunlardan 1707 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır. Sərəncama əsasən, bu kateqoriyadan olan şəxslərə 700 manat məbləğində birdəfəlik yardım göstərilib.

Elman Mehdiyev bildirib ki, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına isə 300 manat məbləğində birdəfəlik maddi yardım verilib.

Bu kateqoriyaya aid olan şəxslərin sayı 21 172 nəfərdir.

Naibə


Müəllif: