4 Noyabr 2014 13:17
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda bədbəxt hadisə baş verib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Ceyhun Mahmudov dəm qazından boğulub. Onun meyitini ailə üzvləri aşkarlayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: