26 İyul 2021 13:08
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər Rayon Polis Şöbəsinin və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarına riayət olunması məqsədilə birgə keçirdikləri tədbirlər zamanı pandemiya tələblərinin pozulduğu toy məclislərinin təşkil edilməsi müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a bildiriblər ki, yoxlamalar zamanı Evoğlu, Seyidimli, Hacıqərvənd, Qaradağlı və Hüsənli kəndlərində beş fərdi evdə keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.

Qayda pozuntularına yol vermiş şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb. Beş nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər