Türkiyə istehsalı olan TURKOVAC peyvəndi ən qısa zamanda istifadəyə veriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, COVID-19-a qarşı hazırlanan peyvəndin ən qısa zamanda təcili istifadəsi üçün icazə almaq və ölkə daxilində geniş vaksinasiyaya başlamaq əsas hədəflərdəndir:
“TURKOVAC-ın Birinci və ikinci faza sınaq mərhələləri uğurla başa çatıb. İyun ayında 3-cü faza tədqiqatlarına başlanılıb. Faza-3 tədqiqatının birinci mərhələsi 3 xəstəxanamızda tamamlandı. 3 xəstənin üçüncü sınaq mərhələsinin vaksinasiyası başa çatıb. Ən qısa zamanda yerli vaksinasiyaya başlamağı planlayırıq”.