"Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası bu dəfə İmişli rayonunun Kürdmahmudlu kəndində sakinlərin ixtiyarında olacaq.
Teleqraf.com xəbər verir ki, sayca 10-cu olan aksiyada vətəndaşların problem və təklifləri dinləniləcək. "Səyyar qəbul otağı" 07 avqust saat 11:00-dan 13:00-dək vətəndaşların üzünə açıq olacaq.