"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarda dəyişikliklər edilib.
Teleqraf.com xəbər verir ki, dəyişikliklərə əsasən, "Elektron xidmət növlərinin Siyahısı"na yeni xidmətlərin adları daxil edilib.
Bunlar “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatın işçilərə verilməsi”, “Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” xidmətləridir.
İLHAMƏ