22 Oktyabr 2021 13:29
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yaxın zamanda "Türkovac" vaksininin Azərbaycana gətirilmə ehtimalı var.

Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq layihəyə rəhbərlik edən, Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev məlumat verib.

O bildirib ki, "Türkovac"ın ölkəyə gətirilməsi üçün hazırda Türkiyə Səhiyyə Nazirliyi və Azərbaycan tərəfi arasında müzakirələr davam edir.

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ötən ay "TURKOVAC" peyvəndinin ölkədə sınaqlarının keçirilməsi ilə bağlı Səhiyyə Nazirliyi və TƏBİB-in Elmi Şurası yanında müzakirələr aparıldığını açıqlamışdı.


Müəllif: Aysel Azad