"Bağçalarda ən çox rastlaşdığımız mənzərə ərzaq məhsulları ilə təmizlik vasitələrinin birgə saxlanılmasıdır. Eyni zamanda çiy və bişmiş məhsullar bir məkanda saxlanılır".
Teleqraf.com xəbər verir ki, bu fikirləri Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşı Şəhla Yusifzadə məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasının düzgün təşkili və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərindən danışarkən deyib.
Onun sözlərinə görə, bu hal yolverilməzdir: “Çirkli tərəvəzlərlə, süd, ət məhsulları eyni yerdə saxlanılır. Bu da çarpaz çirklənməyə səbəb olur”.