13 Dekabr 2021 09:58
298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Sabirabad rayon sakini Nazim Vəliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

N.Vəliyevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər