COVID-19 virusunun omikron ştammı delta ştammı ilə müqayisədə daha sürətlə yayılır.
Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus deyib.
O bildirib ki, yoluxma saylarında omikron ştammı deltanı üstələyib:
“COVID-19-a qarşı peyvənd olunmuş və ya daha əvvəl COVID-19-a yoluxan şəxslərin omikron ştammına yoluxma ehtimalı yüksəkdir”.