Baş Prokurorluğun vəzifəli şəxsləri canlı yayımda vətəndaşların sullarını cavablandıracaqlar.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev, Kadrlar idarəsinin rəisi Natiq Hüseynov və mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə martın 15-də Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində saat 11:00-dan saat 12:00-dək canlı yayıma çıxacaqlar.
Onlar vətəndaşları maraqlandıran sualları cavablandıracaqlar.