15 May 2022 17:23
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada 2 896 nəfər vaksinasiya olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 272, ikinci doza vaksinlərin sayı 254 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 112-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 258 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 687 648, birinci doza peyvəndlərin ümumi sayı 5 343 839, ikinci doza vaksinlərin sayı 4 844 047 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 256 620, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 243 142 olub.


Müəllif: Teleqraf.com