17 İyun 2022 13:14
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizdə təyyarə biletlərinin qiyməti region ölkələri ilə müqayisədə çox bahadır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Tahir Kərimli deyib.

O bildirib ki, Naxçıvana uçan təyyarələrin biletlərinin də qiyməti artırılıb: “Yanacağı dövlət verir, amma qiymətlər arta-arta gedir. Kimsə region ölkələri ilə müqayisədə qiymətlərin niyə belə yüksək olmasını izah etmir. Bu yaxınlarda mən bir yoldaşla “Buta” ilə xaricə uçurdum. Bizi yanaşı oturtdurmaq üçün 5-6 manat aldılar, təyyarənin quyrğunda oturtdular. İndi ər-arvad gedəndə onlar yanaşı otuzdurmaq üçün pul alacaqlar? Söz deyəndə deyirlər ki, kommersiyadır, istəmirsən başqa şirkətlə uç. Haradan uçaq? Qanad çıxardıb, qanadla uçaq?! Bizim şirkətimiz, təyyarəmiz var. Bu, biabırçılıqdır,. Heç olmasa dünyaya, regiona, xalqın şəraitinə baxsınlar”.

Deputat daha sonra qeyd edib ki, qazilərin pensiyasını artırmaq lazımdır: “Birinci Qarabağ Müharibəsində yaralanmayan insanlara da veteran statusu verilirdi, lakin indi belə deyil. Allah saxlayıb, şəhid olmayıblar, ya da yaralanmayıblar. Amma onlar da "kontuziya" alıb, gərginlik keçiriblər. Onların da qayğısına qalmaq lazımdır. Eləcə də 80 manat pensiya da azdır və bunu artırmaq lazımdır”.


Müəllif: Nemət