5 İyul 2022 23:48
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan muzeyləri 44 günlük müharibə zamanı ermənilərin Şuşadan oğurladıqları xalçaların sərgisini keçirmək istəmirlər.

Teleqraf.com xəbər verir ki, özünü Şuşa xalça muzeyinin təsisçisi adlandıran və yəqin ki, xalçaların oğurlanmasında birbaşa iştirak etmiş Vardan Astsatryan bildirib ki, xalçalar iyun ayında Tarix Muzeyində nümayiş olunmalı idi, lakin zalın təmirinə hələ başlanmayıb, ona görə də orada nümayiş olunmayacaq.

Xalça oğrusu əlavə edib ki, o, İrəvanda Şuşa xalça muzeyinin yaradılmasını istəyir və xlaçaları da orada nümayiş etdirmək niyyətindədir.

"Xalçalar Xankəndiyə qaytarıla bilər, amma indi Azərbaycan mətbuatında barəmdə çoxlu yazılar yazılır. Deyirlər ki, onların xalçalarını oğurlamışam, YUNESKO-ya şikayət göndərirlər. Belə olan halda xalçaları Xankəndiyə aparmağım düzgün olmazdı”, - xalça oğrusu qeyd edib.

Qeyd edək ki, Azərbaycanın Mədəniyyət Nazirliyinin ermənilərin Şuşadan qanunsuz çıxardıqları xalçalarla bağlı bəyanat yayıb.

Bəyanatda bildirir ki, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınımış əraziləri daxilindən mədəni irs nümunələrimizin qanunsuz çıxarılması, daşınması, digər ölkə ərazisinə gətirilməsi kimi əməllləri UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyası və onun İkinci protokolunun 19-cu maddəsinə və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasının 11-ci Maddəsinə əsasən beynəlxalq hüququn pozulmasıdır və bununla bağlı bütün məsuliyyət Ermənistan Hökumətinin üzərinə düşür.


Müəllif: Ruslan