10 İyul 2022 09:50
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən "Airbus A340" hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Teleqraf.com bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir.

"Airbus A340" təyyarəsi saat 09:11-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Gecikmiş Bakı-Moskva və Moskva-Bakı reyslərinin sərnişinləri texniki problemlər aradan qaldırılana qədər hoteldə yerləşdiriləcək və lazımi əşyalarla təmin olunacaqlar.


Müəllif: Teleqraf.com