22 İyul 2022 15:45
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidentinin İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhid olan, “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medallarına layiq görülən 1-ci Qarabağ Müharibəsi Qazisi Etibar Ağakişiyevin oğlu Nurlan Ağakişiyevin anadan olmasının 20-ci il dönümü qeyd edilib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, şəhid ailələri və qazilərlə birgə İkinci Fəxri Xiyabanda uyuyan şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb.

Teleqraf.com xəbər verir ki, tədbirdə şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidin ailə üzvləri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

Anım tədbiri daha sonra Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilib. Burada şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən RİH başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, şəhidin ailə üzvləri və qazilər Abşeron rayonunda şəhid və qazi ailələrinə hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə bağlı keçirlən tədbirlərin, o cümlədən rayon ərazisində görülən işlərin ictimayyətin diqqətinə çatırılmasında göstərdiyi informasiya dəstəyinə görə “Real Təhlil İnformasiya Mərkəzi” MMC Abşeron RİH başçısının Fəxri Fərmanı ilə təltif olunub.

Sonda incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim olunub, şəhidin həyat və fəaliyyətindən söz açılıb.


Müəllif: Teleqraf.com