28 İyul 2022 16:27
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sakinlərin qazla bağlı şikayət və təkliflərinin yerində dinlənilməsi məqsədi ilə SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Quba rayonunda qurulub.

Teleqraf.com Birliyə istinadən xəbər verir ki, böyük marağa səbəb olan aksiyada sakinlər qazla bağlı müraciətlərini açıq ifadə ediblər.

Əsasən yaşayış məntəqəsinin qazlaşması, yaranmış borcun araşdırılması, fərdi evlərə qaz xəttinin çəkilməsi və s. ilə bağlı vətəndaşların müraciətləri Birlik əməkdaşları tərəfindən həm dinlənilib, həm də rəhbərliyə çatdırılması üçün qeydiyyata alınıb. 44 günlük Vətən müharibəsində iştirak edib yaralanan qazilərimiz də tədbirdə iştirak edərək işlə təmin olunmalarına köməklik göstərilməsini istəyiblər.

Qeyd edək ki, “Açıq mikrofon” aksiyasında səsləndirilən və qeydiyyata alınan bütün müraciətlərin icrasına Birlik rəhbərliyi nəzarət edir.


Müəllif: Yeganə Oqtayqızı