Bakıda Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv ölkələrinin rəhbər şəxslərinin 46-cı iclası kerilir.
İclasda çıxış edən Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, Azərbaycanda standartlaşdırma və texniki tənzimləmə sistemlərinin müasirləşdirilməsi və inkişafına dəstək istiqamətində Avropa İttifaqının yeni tvinninq layihəsinin icrasına başlanıb. Komitə sədri layihə çərçivəsində “Texniki tənzimlənmə haqqında” və “Standartlaşdırma haqqında” qanun layihələrinin hazırlandığını deyib.
R.Həsənov qeyd edib ki, hazırda tikinti sahəsi, tikinti materialları, enerji səmərəliliyi, alternativ və bərpa olunan enerjilər, habelə metrologiya sahələrinin standatlaşdırılması üzrə texniki komitələr formalaşdırılıb:
“Komitədə qida məhsulları ilə bağlı beynəlxalq Kodeks Alimentarius standartları əsasında milli standartların hazırlanması prosesləri aparılır. Metrologiya sahəsində xüsusi diqqət etolon bazanın genişləndirilməsi və inkişafına yönəlib. Artıq gələn ildən ölkəmiz metrologiya üzrə nüfuzlu beynəlxalq təşkilatlar olan Çəkilər və Ölçülər üzrə Baş Konfrans və Qanunverici metrologiya üzrə beynəlxalq təşkilatda təmsil olunacaq”.
İlhamə