Azərbaycanda “Könüllü fəaliyyəti haqqında” yeni qanun qəbul ediləcək.
Teleqraf.com-un xəbərinə görə, bu məsələ Milli Məclisin Gənclər və idman komitəsinin payız sessiyası üçün iş planında yer alıb.
Komitənin payız sessiyası üçün iş planında parlamentə daxil olacaq qanun layihələrinin müzakirə olunması, bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələlər var.
Bundan başqa, komitədə “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında”, “Könüllü fəaliyyəti haqqında”, “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihələrinin, eləcə də “Ali təhsil haqqında” qanun layihəsində gənclərlə bağlı müddəaların müzakirəsi nəzərdə tutulub.