25 Sentyabr 2022 16:55
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son gündə koronavirus əleyhinə 751 vaksin vurulub.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 176, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 161, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 370, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 44 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 886 579 təşkil edir.


Müəllif: Teleqraf.com