25 Noyabr 2022 16:54
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm və təhsil naziri Emin Əmrullayev müharibədə şəhid olmuş tələbələrin kəsirlər səbəbindən diplomlarını ala bilməməsi barədə məsələyə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, nazir qeyd edib ki, şəhidlərin bəzilərinin ailələrinə artıq diplomlar verilib. Belə ki, nazirlik bu məsələyə həssas yanaşır:

“Elə hallar var ki, ikinci kursda oxuduğu təhsil müəssisəsindən xaric olunub. Biz ailələrin istəklərini nəzərə alırıq. Lakin bu, dövlət sənədidir, diplomun elektron kökü olmalıdır. Mən təhsil naziri olsam da, ürəyim istədiyi vaxt diplom vermək ixtiyarım yoxdur. Diplom şəxsin ali məktəbi bitirdiyini göstərir. Elektron kökü yoxdursa, biz bunu verə bilmirik. Şəhid ailələrinə həmişə hörmət olunub və olunacaq. Bəzi hallar isə texniki olaraq mümkün deyil”.


Müəllif: Teleqraf.com