16 Dekabr 2014 12:33
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sığortanın Əsasları” mövzusunda həyata keçirilən silsilə təlimlər başa çatıb.

Teleqraf.com-un məlumatına görə, Bakı şəhərində 8 ali təhsil müəssisəsinin natiqləri üçün “Sığortanın Əsasları” mövzusunda daha bir təlim keçirilib. Təlim ASA-nın dəstəyi ilə DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) tərəfindən “Sığortalı Gənclik” layihəsi çərçivəsində təşkil olunub.

“Bakı Gənclər Debat Forumu–Payız 2014”-ün 130-a yaxın iştirakçısını əhatə edən təlimdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Turizm İnstitutut, Azərbaycan Texniki Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan Dillər Universiteti təmsil olunub.

Təlimin məqsədi “Bakı Gənclər Debat Forumu-Payız 2014”-də iştirak edəcək natiqlərin sığorta sahəsi ilə bağlı bilik və bacarıqlarının artırılmasıdır.

Təlim zamanı təcrübəli ekspertlər tərəfindən təlimdə iştirak edən gənc spikerlərə sığortanın əsasları haqqında ümumi biliklər verilib, mövzu ilə əlaqədar video çarx nümayiş olunub, gənclərin sığorta ilə bağlı sualları cavablandırılıb və sığorta sahəsi üzrə nəzəri biliklərini artırılmasını təmin edən “Sığorta bələdçisi” adlı jurnal gənclərə təqdim olunub.

Qeyd edək ki, bu tədbir layihə çərçivəsində debatçılara keçilən silsilə təlimlərin sonuncusu olub.
Xatırladaq ki, ASA, Gənclər Təşkilatları Milli Şurası, DVC, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən keçirilən “Sığortalı Gənclik” layihəsi Maliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Layihə çərçivəsində keçirilən təlimlər ümumilikdə Bakı şəhərinin 15 ali təhsil müəssisəsindən 1000 nəfər tələbəni əhatə edir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər