Hər ayın sonuncu şənbə günü Azərbaycan Xalça Muzeyi gecə saat 24:00-dək işləyir və "açıq qapı" elan edilir.
Xalça Muzeyinin direktoru Röya Tağıyevanın sözlərinə görə, dekabrın sonuncu şənbə günü isə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarına həsr olunub. Həmin gün ənənəvi "Muzeydə gecə" keçiriləcək. Bu münasibətlə yeni proqram hazırlanır, şənliklər olacaq. Səhər uşaq proqramından başlayıb, axşama kimi böyüklər üçün proqramla davam edəcək.
Teleqraf.com fotoları təqdim edir :
Rüstəm