14 Fevral 2023 14:26
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günə qədər Azərbaycandan zəlzələ bölgəsinə TIR-larla, təyyarələrlə 5 624 çadır çatdırılıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanın Türkiyədə zəlzələ bölgəsinə göndərdiyi yardımların həcmi barədə danışarkən deyib.

Onun sözlərinə görə, bunların bir qismi 30 nəfərlik çadırlardır: "401 ton tibbi ləvazimatlar, 1297 ədəd generator, 6240 qızdırıcı, 737 ton qida məhsulları, 25 min ədyal göndərilib. Göndərilən bir corab, papaq da çox önəmlidir".

Səfir bildirib ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələ xəbərini alandan bəri Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında dövlətimiz bütün qurumları və imkanlarıyla səfərbər olub zəlzələ bölgəsində fəaliyyətə başlayıb.

Diplomat qeyd edib ki, Prezident İlham Əliyev başsağlığı vermək üçün Türkiyə səfirliyinə təşrif buyurub:
"Qardaş Azərbaycan ölkəmizin yardım çağırışını gözləmədən Prezident İlham Əliyevin tapşırığı ilə hərəkətə keçdi. Zəlzələnin səhəri günü Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mənə zəng etdi, axtarış-xilasetmə komandasının hazır olduğunu və Türkiyəyə göndəriləcəyini bildirdi. Həmin gün 3 təyyarə də Türkiyəyə doğru hərəkət etmişdi. Bilirik ki, Azərbaycanın hər bölgəsində ürəklər Türkiyə ilə bir döyünür”.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər