27 Dekabr 2014 18:22
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 27-də Lənkəran şəhərindəki dəmiryolu vağzalyanı meydanda kənd təsərrüfatı və ərzaq məhsullarının ənənəvi bayram yarmarkası keçirilib.

Teleqraf.com-un məlumatına görə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən yarmarkanın məqsədi bazarlarda süni qiymət artımının qarşısını almaqdan ibarət olub.

Səhər saat 9:00 radələrindən başlayan yarmarkada Bakı şəhərindən və respublikanın ayrı-ayrı rayonlarından 47 firma və şirkət iştirak edib. Satışa müxtəlif çeşiddə 470 tondan artıq məhsul çıxarılıb. Bu məhsullar bazarla müqayisədə 25-30 faiz aşağı qiymətə satılıb.


Müəllif:

Oxşar xəbərlər