Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd olunur ki, son sutkada infeksiyaya 10 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 28 nəfər sağalıb, 3 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 831 648 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 279 nəfər müalicə olunaraq sağalıb, hazırda 101 aktiv xəstə var. Bu günə qədər 10 268 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 339, bu günə qədər isə ümumilikdə 7 603 622 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 104 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 963 121 olub.