16 İyun 2023 11:11
309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax, Göyçay, Ağdaş və Goranboy rayonları ərazisində yağıntı ilə müşahidə olunan güclü külək ağacların bir neçə avtomobil yolunda aşması nəticəsində hərəkətdə yaranmış məhdudiyyətlər aradan qaldırılıb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Bundan başqa, güclü külək M2 Bakı-Ələt- Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində yol kənarında yerləşən tikilinin dam örtüyünü uçuraraq Gəncə şəhəri istiqamətində yolun hərəkət hissəsinə salıb. Nəticədə sözügedən istiqamət üzrə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Agentliyə məxsus "3 N-li Magistral Yolların İstismarı" MMC-nin əraziyə cəlb olunmuş xüsusi texnikaları və canlı qüvvəsi qısa müddətdə dam örtüyünü yolun hərəkət hissəsindən təmizləyərək hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin edib.


Müəllif: Teleqraf.com