23 İyun 2023 17:01
293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Milli mədəniyyətimiz və incəsənətimiz böyük himayədar Heydər Əliyev ideyalarından güc alır” mövzusunda tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Akademiyanın heyəti və kursantlar, Azərbaycan Respublikasının xalq artistləri - tarzənlər Zamiq Əliyev, Vamiq Məmmədəliyev və kinorejissorlar Oqtay Mirqasımov, Vaqif Mustafayev, Azərbaycanın əməkdar incəsənət xadimi dramaturq Əli Əmirli və digər mədəniyyət xadimləri iştirak edib.

Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının milli-mədəni dəyərlərinin qorunub saxlanması, mədəniyyətimizin inkişafı üçün misilsiz xidmətlərindən danışılıb, bu sahəyə hər zaman göstərdiyi diqqət və qayğısından bəhs edilib. Bildirilib ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə mədəniyyət və incəsənət sahəsində böyük nailiyyətlər əldə olunub, mədəniyyət xadimləri üçün yaradılan hərtərəfli şərait nəticəsində dünya şöhrətli sənət adamları yetişib, bəşəriyyətin mədəni irsini zənginləşdirən əvəzsiz əsərlər ərsəyə gəlib. Azərbaycan mədəniyyətinin hamisi olan Dahi Rəhbərin diqqət və qayğısı nəticəsində mədəniyyət və incəsənət xadimləri yüksək dövlət mükafatları və fəxri adlara layiq görülüb, görkəmli korifeylərimizin adları əbədiləşdirilib.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi bu mütərəqqi yanaşma Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Həmçinin, Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafı naminə görülən böyük işlər qeyd olunmalıdır.

Sonra tədbir ölkənin tanınmış musiqi xadimlərinin iştirakı etdiyi bədii hissə ilə davam etdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər