“Hazırda vəkil and içənlər sırasında Vətən müharibəsi iştirakçısı, qazi Elman Məcidov da var”.
Teleqraf.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 dekabr “Vəkil Günü” peşə bayramı ərəfəsində keçirilən iclasda deyib.
Nəzərə çatdırılıb ki, Elman Məcidov 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük müharibədə könüllü iştirak edib. Qazimiz Şuşa şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb. O, müharibədən sonra cənab Prezident tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.