Erkən yaşda həyatın sərt üzünü görən 5 yaşlı Süleyman Tağıyev kəskin leykozdan əziyyət çəkir.
Teleqraf.com xəbər verir ki, o, Belarusun Uşaq Onkologiyası, Hematologiya və İmmunologiya üzrə Respublika Elmi-Praktik Mərkəzində müalicəsini davam etdirir.
Xəstəxananın bildirdiyinə görə, 18 mart 2019-cu il təvəllüdlü Tağıyev Süleyman Qurban oğlu 2023-cü ilin avqustunda qızdırma, iştahsızlıq, dəridə qıcıqlanma, oynaq ağrıları, baş ağrısı şikayətləri qəbul olunub. Ona kəskin leykoz diaqnozu qoyulub.
Hazırda Süleymanın müalicəsi ailənin və qohumların köməkliyi ilə davam edir. Ailənin maddi vəsaiti tükəndiyi üçün xeyirxah insanların dəstəyinə ehtiyac var. Həkimlər müalicənin 2 il yarım davam etdirilməsini məsləhət görürlər.
Süleymanın valideynləri imkanlı şəxslərdən yardım göstərməsini xahiş edir. Ümid edirik ki, Süleyman tezliklə sağalacaq, ailəsini, onu sevənləri sevindirəcək.
Əlaqə: +99470 790 77 77
Kapital Bank: 4169 7388 9021 6470