11 Aprel 14:00
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Teleqraf.com Oxu.Az-a istinadla xəbər verir ki, Birinci Liqa təmsilçisi "İrəvan" klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır.

Klubun mətbuat katibi Mübariz Süleymanlının verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının apardığı təhqiqat "İrəvan"da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb. Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir.

Qeyd edək ki, komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər