“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası təşkil olunub.
Teleqraf.com xəbər verir ki, aksiya zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin, Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının və könüllülərin iştirakı ilə Siyəzən və Qobustan rayonlarının meşə fondu torpaqlarında yerli torpaq-iqlim şəraitinə uyğun 1800 ağac əkilib.